0   /   100
Me, Myself & I

Haqqında

Uşaqlıqdan yaradıcılığa , incəsənətə böyük maraq göstərən Fəxriyyə Əliyeva 2017 -ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn fakultəsinə qəbul olur. Dörd illik bakalavr təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra, elə həmin il, 2021-ci ildən Türkiyənin nüfuzlu İstanbul Kültür Universitetinin “İç Mimarlıq” fakultəsində magistr pilləsində təhsilini davam etdirir. Fəxriyyə hələ bakalavr təhsili aldığı illərdə dizayn sahəsində öz ideyalarını reallaşdırmaq qərarına gəlir və təhsil almaqla yanaşı 2020-ci ildə çox sevdiyi dizayn sahəsində iş fəaliyyətinə başlayır. 2023 -cü ildə isə , artıq uğurlu fəaliyyətinin nəticəsi olaraq “Bfhome studio” adı altında ilk mağaza-dizayn studiasını yaradır.
Bunlardan başqa, Fəxriyyə Əliyeva hər zaman təhsil və iş fəaliyyətindən əlavə olaraq özünü inkişaf, dünya tendensiyalarını izləmək, yeniliklərdən xəbərdar olmaq üçün bir çox yerli və beynəlxalq sərgilərdə, konfranslarda iştirak edir və öz fəaliyyətində onları uğurla tətbiq edir.

Təhsil

  • Azərbaycan Dövlət İqtisad Universiteti (2017 - 2021)
    • Dizayn Fakultəsi
  • İstanbul Kültür Universiteti (Master)
    • İç Mimarlıq

Sertifikatlar